21 dekabr 2025. Bazar günü

Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb


  • Offside
  • 20:14 23.08.2024
  • Oxunma sayı: 140
Azərbaycan Atıcılıq Federasiyası Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Deflimpiya Komitəsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

90deqiqe.Az  xəbər verir ki, memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanmasını həyata keçirəcək.

Bundan başqa, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.







Offside