- Offside
- 16:18 21.12.2025
Türkiyədə “Beşiktaş”, “Fənərbağça” və “Bursaspor” klublarını çalışdırmış alman məşqçi Kristof Daum vəfat edib.
90deqiqe.Az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən mütəxəssis 70 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, K.Daum Türkiyə klubları ilə yanaşı Almaniyada “Bayer 04”, “Ştutqart”, “Köln”, “Ayntraxt”ı, Belçikada “Brügge”ni, Avstriyada “Austriya”nı, həmçinin Rumıniya millisini də çalışdırıb. Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanmış mütəxəssis, həmçinin ölkə kubokunu (2) və “Cümhurbaşqanlığı Kuboku”nu (1) qazanıb.