23 oktyabr 2024. Çərşənbə

Ronaldo gələcək karyerası ilə bağlı danışdı


  • Offside
  • 21:24 26.08.2024
  • Oxunma sayı: 56
Ronaldo gələcək karyerası ilə bağlı danışdı

 

"Əl Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını Portuqaliya yığmasında bitirəcək. 90deqiqe.az globallookpress.com-a istinadən xəbər verir ki,portuqaliyalı hücumçu Kriştiano Ronaldo karyerasını milli komandasında nə vaxt bitirəcəyi barədə danışıb.

Belə ki, ulduz futbolçu Portuqaliya millisində oynamaqdan qürur duyduğunu söyləyib.39 yaşlı hücumçu qeyd edib ki, beynəlxalq karyerasını bitirmək qərarına gələndə heç kimə xəbərdarlıq etməyəcək:

"Bu, mənim tərəfimdən çox kortəbii, eyni zamanda çox düşünülmüş bir qərar olacaq".

Xatırladaq ki, 2024-cü il Avropa çempionatında Ronaldo ilə Portuqaliya komandası dörddəbir finala yüksəlib, burada penalti seriyasında fransızlara məğlub olub.







Offside