23 oktyabr 2024. Çərşənbə

Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək komandalar dəqiqləşib


  • Offside
  • 11:24 27.08.2024
  • Oxunma sayı: 37
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək komandalar dəqiqləşib

Bakıda keçiriləcək həndbol üzrə beynəlxalq turnirin iştirakçıları bəlli olub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Həndbol Federasiyasının (AHF) mətbuat xidmətindən məlumat verilib.

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan yarışda qadınlardan ibarət 6 komanda mübarizə aparacaq.

AHF-nin təşkil etdiyi turnirdə “Azəryol”, “Qarabağ” və “Kür”lə yanaşı, "Astana” (Qazaxıstan), “Alatau Arulary” (Qazaxıstan) komandaları və Özbəkistan millisi iştirak edəcək.

Turnir avqustun 28-dən sentyabrın 1-dək “AHF Arena”da keçiriləcək.







Offside