23 oktyabr 2024. Çərşənbə

Ronaldo yenidən Zidanla çalışa bilər


  • Offside
  • 09:49 28.08.2024
  • Oxunma sayı: 45
Ronaldo yenidən Zidanla çalışa bilər

"Əl-Nəsr"in ulduz forvardı Kriştiano Ronaldo "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanın "Əl-Nəsr"in yeni baş məşqçisi olmasını istəyir.

90deqiqe.az xəbər verir ki, 39 yaşlı futbolçu Səudiyyə komandasının rəhbərlərinin uzun müddətdir işsiz qalan Zidanla razılığa gəlməsini israr edir. Kriştiano fransız mütəxəssisini "Əl-Nəsr"in yeni baş məşqçisi vəzifəsinə ideal namizəd hesab edir.

Xatırladaq ki, hazırda işsiz olan Zinəddin Zidan "Real Madrid"də üç dəfə Çempionlar Liqasını, iki dəfə isə İspaniya çempionatını qazanıb.







Offside