- Offside
- 23:31 03.11.2024
Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatının ilk günündə iki medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində yer alan Nihad Məmişov bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb.
2023-cü ildə Xorvatiyanın paytaxtı Zaqrebdə də eyni uğura imza atan N. Məmişov ikiqat dünya çempionu olub.
Məhəmmədəli Hüsiyev (50 kq) isə yarışda bürünc medal əldə edib.
Qeyd edək ki, turnir sentyabrın 1-də başa çatacaq.