23 oktyabr 2024. Çərşənbə

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb


  • Offside
  • 22:22 29.08.2024
  • Oxunma sayı: 34
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazanıb

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.







Offside