- Offside
- 12:26 26.11.2024
Azərbaycanın paraatıcısı Kamran Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.
AZƏRTAC xəbər verir ki, P1 kateqoriyasında çıxış edən idmançı 10 metr məsafəyə atəşaçma yarışının seçmə mərhələsində 559 xal toplayaraq 26 idmançı arasında 13-cü olub.
Təmsilçimiz sentyabrın 4-də P4 kateqoriyasında 50 metr məsafəyə atəşaçmada da bacarığını nümayiş etdirəcək.
Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.