26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında qızıl medal qazanıb


  • Offside
  • 10:48 31.08.2024
  • Oxunma sayı: 67
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Cəsur İbadlı Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Timur Davidovla (AİN) qarşılaşıb.

Rəqibinə qalib gələn C.İbadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

81 kiloqram çəkidə mübarizə aparan Mehdi Abbasov isə üçüncü yer uğrunda görüşdə Kenzo Kremersi (Belçika) məğlub edərək mundialın bürünc mükafatına sahib çıxıb.

Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 7 cüdoçu ilə təmsil olunduğu yarışda daha əvvəl Nihad Məmişov (55 kiloqram) qızıl, Məhəmmədəli Hüsiyev (50 kiloqram) isə bürünc medala yiyələnib.







Offside