17 sentyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın stolüstü tennisçiləri növbəti dəfə təlim-məşq toplanışına qatılıblar


  • Offside
  • 10:42 02.09.2024
  • Oxunma sayı: 41
Azərbaycanın stolüstü tennisçiləri növbəti dəfə təlim-məşq toplanışına qatılıblar

Azərbaycanın 2014-cü il və daha kiçik təvəllüdlü stolüstü tennisçiləri növbəti təlim-məşq toplanışına qatılıblar.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Xaçmaz Olimpiya İdman Kompleksində keçiriləcək hazırlıq prosesində 8 oğlan, 8 qız iştirak edir.

Onlar sentyabrın 8-nə kimi məşqçilər Qulu Quliyev, Zakir Cavadov, Məryəm İmanova və Billurə Eminovanın rəhbərliyi ilə bacarıqlarını artıracaqlar. Təlim-məşq toplanışı seçim əsasında formalaşmış heyətin beynəlxalq yarışlara hazırlığı məqsədi ilə təşkil olunub.







Offside