21 dekabr 2025. Bazar günü

Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb


  • Offside
  • 19:17 02.09.2024
  • Oxunma sayı: 142
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb

Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərindəki beynəlxalq turnirdə 4 medal qazanıblar.

90deqiqe.Az xəbər verir ki, yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 3 gümüş və 1 bürünc medal əldə ediblər.

75 kq-da çıxış edən Abbasqulu Şadlinski Subotiçada ikinci və Sarayevoda ikinci yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.







Offside