22 oktyabr 2024. Çərşənbə axşamı

“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub


  • Offside
  • 22:33 03.09.2024
  • Oxunma sayı: 121
“Paris-2024”: Lamiyə Vəliyeva Paralimpiya çempionu olub

Azərbaycan paraatleti Lamiyə Vəliyeva “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda uğurlu nəticəyə imza atıb.

11.76 saniyə nəticə ilə finiş xəttini birinci keçən L.Vəliyevə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançımız bununla da Rio-2016 Paralimpiadasında 11,79 saniyəlik nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müyyənləşdirib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 2 qızıl, 1 gümüş və 1 bürünc medal var.







Offside