21 dekabr 2025. Bazar günü

Kannavaro “Qızıl top”un favoritini açıqladı


  • Offside
  • 15:30 06.09.2024
  • Oxunma sayı: 165
Kannavaro “Qızıl top”un favoritini açıqladı

"Real Madrid"in və İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro builki "Qızıl top"un favoritlərini açıqlayıb.

90deqiqe.Az-ın “Gazzetta dello Sport”a istinadən məlumatına görə, Kannavaro, mükafatı Vinisius Junior və ya Jude Bellinqhem alacağını bildirib.

"Mbappe ən yaxşı mövsümü keçirmədi, amma o, həm də namizəddir. Rodri və Karvaxal da oradadır. Dani hər şeyi qazandı, lakin müdafiəçi bu mükafatı qazanmaq üçün qeyri-adi nəsə etməlidir", - Kannavaro əlavə edib.

Xatırladaq ki, ekspertlər “Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junioru 2024-cü ildə “Qızıl top”un əsas namizədi hesab edirlər.







Offside