13 noyabr 2024. Çərşənbə

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu oldu - YENİLƏNİB


  • Offside
  • 17:26 06.09.2024
  • Oxunma sayı: 103
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu oldu  - YENİLƏNİB

Azərbaycan cüdoçusu Süleyman Şükürov Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında final görüşünə çıxıb.

90deqiqe.Az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada gürcüstanlı Aleksandre Loladze ilə qarşılaşıb.

Rəqibinə ipponla qalib gələn S.Şükürov yarışın qalibi olub.

Qeyd edək ki, Azərbaycan cüdoçularından daha əvvəl Könül Əliyeva (48 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Vüsal Qələndərzadə (73 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.

***

Azərbaycanın iki cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən gənclər arasında Avropa çempionatında finala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, Vüsal Qələndərzadə (73 kiloqram) yarımfinalda gürcüstanlı Mate Beruaşvili, Süleyman Şükürov (81 kiloqram) isə ukraynalı İqor Tsurkanı məğlub edib.

Onlar həlledici qarşılaşmada, müvafiq olaraq, bolqarıstanlı Dimitar Qospodinov və gürcüstanlı Aleksandre Loladzeni sınağa çəkəcəklər.

Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Könül Əliyeva (48 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) Avropa çempionu olublar, Nizami İmranov (60 kiloqram) isə gümüş medal qazanıb. Milli komandanın 16 cüdoçu ilə təmsil olunduğu turnirə sentyabrın 8-də yekun vurulacaq.







Offside

"Əgər 1000-ci qolu vursam..."
  • Offside
  • 14:58 12.11.2024
"Əgər 1000-ci qolu vursam..."