5 oktyabr 2024. Şənbə

Lamiyəni belə təbrik etdi


  • Offside
  • 20:44 06.09.2024
  • Oxunma sayı: 162
Lamiyəni belə təbrik etdi

Keçmiş “İnter” klubunun baş direktoru, qərbi azərbaycanlı Alı Alıyev Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında  yeni dünya rekordu müəyyənləşdirərək çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyevanı münasibətilə təbrik edib.

90deqiqe.az xəbər verir ki, o, ürək sözlərini sosial şəbəkə hesabında paylaşıb.

"İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxan idmançılarımızın hər birini təbrik edirəm, xüsusilə də Qərbi Azərbaycanın Barana rayonun Yuxarı Körpülü kənd kökənli Lamiyə Vəliyevanı adını qızıl hərflərlə yazdırması münasibəti ilə təbrik edirəm.100 metr məsafəyə 11,76 saniyə qaçaraq zirvəyə uçdu sanki qaçmadı uçdu və qartal balası şığıdı.Lamiyə qızımızla fəxr edir və qürurlanıram, uğurlar arzulayıram"

Xatırladaq ki, Lamiyə Rio-2016 Paralimpiadasında 11,79 saniyə nəticə ilə ən yaxşı göstəriciyə malik olan Leilia Adjametovanı (Ukrayna) qabaqlayaraq yeni dünya rekordu müəyyənləşdirib.

Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl medala sahib çıxıb.







Offside