23 oktyabr 2024. Çərşənbə

Çempionlar Liqası: "Birbaşa Bakı" finalda!


  • Offside
  • 14:28 08.09.2024
  • Oxunma sayı: 93
Çempionlar Liqası: "Birbaşa Bakı" finalda!

Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında Azərbaycanın minifutbol üzrə "Birbaşa Bakı" komandası finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, həlledici mərhələyə gedən yolda Azərbaycan təmsilçisi "Andezit" (Ukrayna) klubu ilə qarşılaşıb. 

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan təmsilçimiz rəqibinə 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Birbaşa Bakı” finalda Çexiyanın "Brno" kollektivi ilə qarşılaşacaq. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







Offside