5 oktyabr 2024. Şənbə

Neymar nə vaxt qayıdır?


  • Offside
  • 14:38 08.09.2024
  • Oxunma sayı: 72
Neymar nə vaxt qayıdır?

"Əl-Hilal"ın hücumçusu Neymar aldığı ağır zədədən sonra lazımi tibbi və fiziki müayinələrdən keçə bilməyib.

90deqiqe.Az-ın “Thamer”ə istinadən məlumatına görə, 32 yaşlı braziliyalı futbolçu məşqlərə tam qayıtmaq üçün lazımi testlərdən keçə bilməyib.

Neymara zədəsini sağaltmaq üçün daha çox vaxt lazımdır.

Qeyd edək ki, ulduz hücumçu Neymarın Braziliya millisi ilə matçda aldığı ciddi zədədən sonra təxminən bir il yaşıl meydanlardan uzaq qalmışdı. Onu da xatırladaq ki, Neymar 2023-cü ilin yayında Fransanın PSJ-dən Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub. Braziliyalı Səudiyyə Ərəbistanı komandasının tərkibində bütün yarışlarda cəmi beş matçda iştirak edib.







Offside