- Offside
- 17:03 29.03.2026
“Abşeron” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.
90deqiqe.Az-ın məlumatına görə, Famil Ağayevin rəhbərlik etdiyi komanda rusiyalı Natalya Solovyovanı transfer edib. Toppaylayıcı mövqeyində çıxış edən oyunçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Abşeron” komandası daha əvvəl Katerina Jitkova, Nikalina Başnakova, Anastasiya Mertsalova və fransalı Şerilin Başoru ilə anlaşıb.