18 sentyabr 2024. Çərşənbə

Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub - FOTOLAR


  • Offside
  • 18:12 11.09.2024
  • Oxunma sayı: 40
Çempionlar Liqasında tarixi uğura imza atan Azərbaycan komandasının üzvləri ilə görüş olub - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov Polşada təşkil edilmiş Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı” komandasının üzvləri ilə görüşüb.

Azərbaycan Minifutbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, görüşdə məşqçi və futbolçuların turnirlə bağlı təəssüratları dinlənilib.

Ölkəni beynəlxalq arenada layiqincə təmsil etdiklərinə, eləcə də qazanılan yüksək nailiyyətə görə komanda üzvlərini təbrik edən nazir və federasiya prezidenti bu qələbəni ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər. Fərid Qayıbovun sözlərinə görə, milli komanda Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. Nazir bildirib ki, federasiyanın gördüyü işlərin, milli çempionatı yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və yığmamız beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər. AMF-nin prezidenti Orxan Məmmədov bütün idman növlərinə olduğu kimi minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib, bu amilin uğurların qazanılması üçün əlavə stimul olduğunu deyib. "Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə komandanın Çempionlar Liqasındakı qələbəsini Azərbaycanın idman ölkəsi olması ilə əlaqələndirib, gələcəkdə də beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb. Görüşdə, həmçinin komanda üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.







Offside