5 oktyabr 2024. Şənbə

Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb


  • Offside
  • 18:59 11.09.2024
  • Oxunma sayı: 69
Azərbaycan Cüdo Federasiyasının prezidenti milli komandaların üzvləri ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev yeniyetmələr və gənclərdən ibarət milli komandaların idmançıları, məşqçiləri və tibbi-dəstək heyəti ilə görüş keçirib.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, toplantı zamanı federasiya rəhbəri komanda üzvlərini yeniyetmələrin dünya çempionatı və gənclərin Avropa çempionatında qazandıqları yüksək nailiyyətlər münasibətilə təbrik edib.

Rəşad Nəbiyev gənc idmançıların komanda yarışlarında göstərdikləri əzm və fədakarlığın təqdirəlayiq olduğunu vurğulayıb.

Bu qələbələrin Prezident İlham Əliyevin cüdonun inkişafına göstərdiyi diqqət və qayğı sayəsində mümkün olduğu qeyd edilib.

Görüşdə həmçinin Azərbaycanın ən ucqar bölgələrində belə cüdo zallarının açıldığı, mövcud cüdo obyektlərinin infrastrukturunun yaxşılaşdırıldığı bildirilib. Bu addımların ölkədə cüdonun inkişafına töhfə verəcəyi qeyd olunub.

ACF prezidenti idmançılara gənclərin dünya çempionatında və digər yarışlarda uğurlar arzulayıb, onların potensiallarını tam həyata keçirmələri üçün zəruri resurs və dəstəyin təmin olunacağını bildirib.

Qeyd edək ki, yeniyetmələrdən ibarət milli dünya çempionatında 2 qızıl və 2 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında yalnız Yaponiyadan geri qalaraq 2-ci, oğlanların sıralamasında isə bütün ölkələri qabaqlayaraq 1-ci yeri tutub.

Gənclərdən ibarət yığma isə Avropa çempionatının fərdi yarışlarında 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Beləliklə, Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz həmçinin oğlanların sıralamasında 1-ci, qızların mübarizəsində 2-ci yerdə qərarlaşıb. Avropa çempionatının qarışıq komanda yarışında isə Azərbaycanın gənclərdən ibarət yığması tarixində ilk dəfə qızıl medal qazanıb.







Offside