12 oktyabr 2024. Şənbə

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb


  • Offside
  • 11:53 12.09.2024
  • Oxunma sayı: 48
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Sentyabrın 13-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

90deqiqe.Az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir saat 15:00-da başlayacaq.

İclasın gündəliyinə lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi, AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat, Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı, aşağı yaş qrupları üzrə liqaların, Qadın Liqalarında 2024-2025-ci illər mövsümü üçün təkliflərin və milli assosiasiya tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi, İntizam Komitəsinə yeni üzvlərin təsdiqi və digər məsələlər daxildir.







Offside