18 sentyabr 2024. Çərşənbə

AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb


  • Offside
  • 11:54 12.09.2024
  • Oxunma sayı: 43
AVRO-2026: Azərbaycanın futzal millisinin oyunlarının tarixi açıqlanıb

AVRO-2026-nın əsas mərhələsində mübarizə aparacaq Azərbaycanın futzal millisinin oyunlarının tarixi bəlli olub.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yığma mübarizəyə dekabrda doğma meydanda start verəcək.

Komanda dekabrın 17-də İsveçi qəbul edəcək. Yanvarın 31-də Xorvatiyanın qonağı olacaq milli fevralın 4-də Bakıda Yunanıstanı sınağa çəkəcək. Martın 11-də səfərdə Yunanıstan, aprelin 11-də İsveçlə görüşlər baş tutacaq. Sonuncu qarşılaşma isə aprelin 15-də evdə Xorvatiyaya qarşı olacaq.

Reqlamentə əsasən, qrup qalibləri birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik qrup ikincilərindən 8-i isə pley-off mərhələsində üz-üzə gələcək. Qalib gələn 4 yığma həlledici raundda oynamaq hüququ qazanacaq.

Final mərhələsi 2026-cı ilin yanvar-fevral aylarında Latviya və Litvada təşkil olunacaq.







Offside