22 oktyabr 2024. Çərşənbə axşamı

AFFA rəsmisi UEFA-dan təyinat alıb


  • Offside
  • 14:18 12.09.2024
  • Oxunma sayı: 45
AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Milli assosiasiyanın mətbuat xidmətindən90deqiqe.Az-a verilən məlumata görə, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva)-TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.

Matçı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.







Offside