22 oktyabr 2024. Çərşənbə axşamı

Depay: "Braziliya çempionatı ən yaxşı çempionatdır"


  • Offside
  • 22:19 14.09.2024
  • Oxunma sayı: 90
Depay: "Braziliya çempionatı ən yaxşı çempionatdır"

“Korintians”ın yeni transferi hücumçu Memfis Depay Braziliya klubuna keçməsi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "derbyderbyderby.it" niderlandlı futbolçunun dediklərini belə çatdırıb:

"Mən niyə dünyanın o tayına getdim? Cavab sadədir - sadəcə özümə sual verdim ki, xoşbəxt olmaq üçün nə etməliyəm? Mən isə Braziliyanı seçdim. Əminəm ki, burada xoşbəxt olacağam, Braziliya çempionatı top çempionatlardan biridir və “Korintians”ın böyük uğur potensialı var”

Qeyd edək ki, 30 yaşlı futbolçu Braziliya təmsilçisi ilə 2026-cı ilin iyun ayına kimi müqavilə imzalayıb.







Offside