22 oktyabr 2024. Çərşənbə axşamı

Messi "İnter Mayami"nin məqsədini AÇIQLADI: - "Ümid edirəm ki..."


  • Offside
  • 14:36 15.09.2024
  • Oxunma sayı: 43
Messi "İnter Mayami"nin məqsədini AÇIQLADI:  - "Ümid edirəm ki..."

"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi komandasının bu mövsümki hədəfindən danışıb.

90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçu "Goal.com"a bildirib ki, hazırda Mayami klubunun məqsədi MLS-in müntəzəm mövsümünü qazanmaqdır.

Messi qeyd edib ki, mövsüm ərzində komandanın çoxlu sayda zədəsi ilə o qədər də şanslı olmayıb, lakin bu, onların qələbə qazanmasına mane olmayıb.

“Bu gün biz birinci yerdəyik və kifayət qədər yaxşı fərqləyik. Düşünürəm ki, bütün bunlar tamamilə layiqdir. Ümid edirəm ki, biz zirvədə bitirəcəyik”,

Xatırladaq ki, “İnter Mayami” hazırda MLS-in müntəzəm mövsüm cədvəlində liderdir. İkinci yerdə Mayami klubundan 7 xal geri qalan Los Anceles Qalaksi qərarlaşıb.







Offside