- Offside
- 21:04 09.12.2024
“Hayduk”un baş məşqçisi Cennaro Qattuzo futbolçulara və heyətə hədiyyələr vermək qərarına gəlib.
90deqiqe.Az “24Sata”a istinadən xəbər verir ki, italyan mütəxəssis hər kəsə yeni iPhone 16 alıb.Qattuzo, 30-35 telefon sifariş edib və təxminən 40 min avro ödəyib.
Təcrübəli mütəxəssis bir səbəblə hədiyyələr edib, ancaq uğurlu nəticə qazandıqda.
Cümə günü “Hayduk” səfərdə “Dinamo Zaqreb”i məğlub edib. Qattuzonun yetirmələri 1:0 hesabı ilə qalib gəlib, qələbə qolunu Marko Livaya vurub.
Xatırladaq ki, Cennaro Qattuzo ötən yay “Hayduk”un baş məşqçisidir.