- Offside
- 23:58 22.11.2024
"Əl-Hilal"ın ulduz hücumçusu Neymar 2024-cü ildə çarpaz bağ nahiyəsindən aldığı ağır zədədən uzun müddət reabilitasiya olunduğu üçün meydana çıxa bilməyəcək.
90deqiqe.Az “Marca”ya istinadən xəbər verir ki,32 yaşlı futbolçu 2024-cü ildə Səudiyyə Ərəbistanı çempionatında iştirak etmək üçün "Əl-Hilal" tərəfindən heyətə salınmayıb.
Braziliyalı futbolçunun ciddi zədədən sağalmağı davam edir.Neymarın 2025-ci ilin yanvarından gec olmayaraq meydana qayıtması gözlənilir.
Xatırladaq ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin heyətində oyunda zədələnmişdi. Səudiyyənin "Əl-Hilal" klubunun heyətində ulduz braziliyalı ümumilikdə 5 matçda iştirak etməyi bacarıb, bu matçlarda bir qol vurub, iki məhsuldar ötürmə edib.