19 sentyabr 2024. Cümə axşamı

İtaliyada avtomobil tamaşaçılara çırpılıb, yaralananlar var - VİDEO


  • Offside
  • 21:47 16.09.2024
  • Oxunma sayı: 38
İtaliyada avtomobil tamaşaçılara çırpılıb, yaralananlar var - VİDEO

İtaliyada Turin avtosalonu çərçivəsində iştirakçıların paradı zamanı bədbəxt hadisə baş verib.

90deqiqe.Az “MSN”ə istinadən xəbər verir ki, "Lancia 037" rallisinin sürücüsü itirərək yol boyu dayanan tamaşaçılara çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, 12 nəfər xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.

Hadisənin videosunu hadisə şahidlərindən biri sosial şəbəkələrdə yayıb.

"Lancia" sürücüsü hazırda müəyyən edilməyib. Hadisənin baş vermə şəraiti İtaliya polisi tərəfindən araşdırılır. Hadisədən sonra avtomobilin hansı vəziyyətdə olduğu da açıqlanmayıb.

Lancia 037, tarixdə WRC Dünya Ralli Çempionatını qazanan sonuncu arxa təkərli avtomobildir. 







Offside