19 sentyabr 2024. Cümə axşamı

Dünya çempionatında Azərbaycanı təmsil edəcək gimnastlar bilindi


  • Offside
  • 12:18 17.09.2024
  • Oxunma sayı: 49
Dünya çempionatında Azərbaycanı təmsil edəcək gimnastlar bilindi

Portuqaliyanın Qimarayeş şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı təmsil edəcək akrobatika gimnastları bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, turnirdə qarışıq cütlüklərdə Raziyə Seyidli ilə Ağasif Rəhimov və Milana Əliyeva ilə Sabir Ağayev⁠ tandemi qüvvəsini sınayacaq.

Kişi qrupunda Rəsul Seyidli, Riad Səfərov, ⁠Seymur Cəfərov, ⁠Abdulla Əl-Məşayxi, kişi cütlüklərin mübarizəsində isə ⁠Murad Rəfiyev və ⁠Daniel Abbasov bacarıqlarını nümayiş edəcəklər.

Dünya çempionatı sentyabrın 19-22-də təşkil olunacaq.







Offside