19 sentyabr 2024. Cümə axşamı

Azərbaycan klubu iki amerikalı basketbolçu ilə gücləndi


  • Offside
  • 17:16 17.09.2024
  • Oxunma sayı: 37
Azərbaycan klubu iki amerikalı basketbolçu ilə gücləndi

NTD basketbol komandası növbəti transferləri reallaşdırıb.

Klubun mətbuat xidmətindən 90deqiqe.Az -a verilən məlumata görə, iki amerikalı basketbolçu ilə razılıq əldə olunub.

24 yaşlı Daniel Mudi ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. 201 santimetr boya malik forvard son olaraq “Montana State University Billings Athletics”in şərəfini qoruyub.

Komanda, həmçinin 195 santimetr boyu olan Kolin Qolsonla mövsümün sonuna kimi müqavilə bağlayıb. 22 yaşlı forvardın son klubu “Wayne State University” olub.







Offside