19 sentyabr 2024. Cümə axşamı

Millimiz Çexiyada ilk məşqini keçirib


  • Offside
  • 23:45 17.09.2024
  • Oxunma sayı: 41
Millimiz Çexiyada ilk məşqini keçirib

Sentyabrın 19-da və 20-də Çexiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Futzal Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, yığmamız bu gün oyunun keçiriləcəyi Zlin şəhərindəki idman zalında ilk məşqinə çıxıb.

Təxminən 90 dəqiqə davam edən hazırlıq prosesində futzalçılar taktiki tapşırıqlar və standart vəziyyətlərin icrası üzərində çalışıb.

Növbəti məşq sabah eyni məkanda baş tutacaq.







Offside