- Offside
- 18:23 10.12.2024
Sentyabrın 28-də Bakıda boks üzrə Beynəlxalq Boks Assosiasiyasının (IBA) Çempionlar Gecəsi keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baş tutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51 kiloqramda Avropa çempionu Nicat Hüseynov Con Zulueta (Filippin) ilə üz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə (71 kiloqram) Məhəmməd Abdullayev (+92 kiloqram) müvafiq olaraq, Monx-Erdene Urançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) ilə qarşılaşacaq.
Çempionlar Gecəsində üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov (+92 kiloqram) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlı Nursultan Amanjolov olacaq.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi saat 18:00-da start götürəcək.