12 oktyabr 2024. Şənbə

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıdadır


  • Offside
  • 10:43 18.09.2024
  • Oxunma sayı: 53
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıdadır

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıya gəlib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, qurum rəsmisi federasiyasının dəvəti ilə Bakıda səfərdədir.

Qitənin ali idman qurumunun rəhbəri ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və federasiyanın baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca, Şəhidlər Xiyabanında azadlıq fədailərinin də xatirəsinə ehtiram bildirilib.

Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.

Qeyd edək ki, Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.







Offside