- Offside
- 11:33 03.02.2026
“Gəncə” klubunun Voleybol Akademiyasına yeni məşqçi təyin olunub.
Qərb təmsilçisinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Akademiya belaruslu Nadejda Rudakovskaya ilə anlaşıb.
O, son olaraq Belarusda “Jemçujina Polesya” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbindən məşqçi-müəllim vəzifəsində çalışıb. N.Rudakovskanın yetirmələri hazırda Belarusun müxtəlif yaş qruplarından ibarət milli komandalarında və dünyanın bır sıra klublarında forma geyinir.