25 mart 2026. Çərşənbə

Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb


  • Offside
  • 15:03 18.09.2024
  • Oxunma sayı: 155
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda idmançılarla görüşüb

Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouran Sumqayıt şəhərindəki “Qarabağ NN” klubuna baş çəkib.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, funksioner idmançılara yaradılan şəraitlə tanış olub, tövsiyələrini verib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, qitə idman qurumunun rəhbərinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.







Offside

"Onları yoxlamaq istəyirik"
  • Offside
  • 10:59 24.03.2026
"Onları yoxlamaq istəyirik"