19 sentyabr 2024. Cümə axşamı

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib


  • Offside
  • 22:59 18.09.2024
  • Oxunma sayı: 42
Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti görüşlərini keçirib

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında VII tur başa çatıb.

90deqiqe.Az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3-1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub ediblər. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1-3. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 22-də yekun vurulacaq.







Offside