20 sentyabr 2024. Cümə

Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb


  • Offside
  • 12:33 19.09.2024
  • Oxunma sayı: 37
Azərbaycanın Macarıstandakı səfiri Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edən milli üzvləriylə görüşüb.

Azərbaycan Şahmat Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, səfirlikdə baş tutan görüşdə federasiyanın prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, vitse-prezidenti Faiq Həsənov, baş katibi İlahə Qədimova, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Səfir ölkəmizi beynəlxalq yarışlarda təmsil edən Azərbaycan şahmatçılarına uğurlar arzulayıb.







Offside

"Debütantlardan razı qaldım"
  • Offside
  • 23:18 19.09.2024
"Debütantlardan razı qaldım"