- Offside
- 18:38 05.10.2024
“Arsenal”ın keçmiş yarımmüdafiəçisi Cey Emmanuel-Tomas narkotik alverində ittiham olunaraq həbs edilib.
90deqiqe.Az “Sky Sports”a istinadən xəbər verir ki, Londonun "Stansted" hava limanında Banqkokdan gələn iki çamadanda təxminən 600 min funt sterlinq dəyərində 60 kq narkotik aşkar edilib.
Emmanuel-Tomasdan başqa, iki qadına da ittiham irəli sürülüb, lakin zaminə buraxılıb. Emmanuel-Tomas çərşənbə günü Şotlandiya polisinin dəstəklədiyi əməliyyat nəticəsində İnverkliddə saxlanılıb.O, cümə axşamı Sülh Cinayət Məhkəməsinin qarşısına çıxacaq.
“Arsenal”ın yetirməsi olan 33 yaşlı futbolçu əsas komandada 5 oyun keçirib. Onun karyerasına həmçinin "Bristol Siti", "İpsviç", "Aberdin" və başqa klublar da daxil olub.
O, hazırda Şotlandiya İkinci Liqasında "Morton"da oynayır.