20 sentyabr 2024. Cümə

"Debütantlardan razı qaldım"


  • Offside
  • 23:18 19.09.2024
  • Oxunma sayı: 32
"Debütantlardan razı qaldım"

“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik"

90deqiqe.Az xəbər verir ki,bu sözləri Azərbaycanın futzal millisinin baş məşqçisi Vitali Borisov Çexiya ilə bu gün keçirilən yoldaşlıq oyunundan sonra deyib.

“Oyun maraqlı keçdi. Uşaqlardan razı qaldım. Nə demişdimsə, hansı tapşırıqları vermişdimsə, icra etdilər. Sadəcə, qol vura bilmədik. Rəqibin sürətinə dözdülər. Standart vəziyyətdən qol buraxmadıq. Oyunu 7-8 futzalçı ilə keçirdik. Fərid Abbasov da ikinci hissədə yüngül zədələndi."

O, 0:3 hesabı ilə uduzduqları matçı belə şərh edib: 

"Səhvlərimiz oldu, rəqib də bundan maksimum istifadə etdi. Onlar da düzələcək səhvlərdir. Bu matçda 3 futzalçı millinin heyətində debüt etdi. Eldar bir qədər fərqli oyunçudur. O, “stolb” kimi çıxış edir. Ona görə atletik oyuna üstünlük verən komandalara qarşı mübarizə çətin alınır. Ancaq Mirzə ilə Fərid verdiyim tapşırıqları yerinə yetirdilər”.







Offside

"Debütantlardan razı qaldım"
  • Offside
  • 23:18 19.09.2024
"Debütantlardan razı qaldım"