21 sentyabr 2024. Şənbə

Azərbaycanda region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək


  • Offside
  • 12:55 20.09.2024
  • Oxunma sayı: 32
Azərbaycanda region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında region cüdoçuları üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək.

ACF-dən 90deqiqe.Az-a verilən məlumata görə, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olanlar üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.







Offside