21 sentyabr 2024. Şənbə

Azərbaycanı Dünya Seriyasının IV mərhələsində təmsil edəcək güləşçilər müəyyənləşib


  • Offside
  • 16:48 20.09.2024
  • Oxunma sayı: 25
Azərbaycanı Dünya Seriyasının IV mərhələsində təmsil edəcək güləşçilər müəyyənləşib

Azərbaycanı Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində təmsil edəcək idmançılar müəyyənləşib.

90deqiqe.Az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) yarışacaq.

Qeyd edək ki, sabah startı veriləcək yarış iki gün davam edəcək.







Offside