21 sentyabr 2024. Şənbə

Kriştiano Ronaldo karyerasında 902-ci qolunu vurub


  • Offside
  • 23:35 20.09.2024
  • Oxunma sayı: 28
Kriştiano Ronaldo karyerasında 902-ci qolunu vurub

“Əl-Nəsr”in və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl-İttifaq”la matçda 902-ci qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, matçda hesabı 33-cü dəqiqədə 11 metrlik zərbədən qola çevirən Kriştiano Ronaldo açıb.

Kriştiano Ronaldo tarixdə rəsmi matçlarda 902 qol vuran ilk futbolçu olub. Ronaldo “Sportinq”də 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 69, millidə isə 132 qol vurub. Hücumçu futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının bombardiridir.

Ronaldonun hazırkı klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. Transfermarkt internet portalında verilən məlumata görə, 39 yaşlı futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Offside