22 oktyabr 2024. Çərşənbə axşamı

“Naxçıvan” ilk basketbolçu transferlərini reallaşdırdı


  • Offside
  • 15:32 21.09.2024
  • Oxunma sayı: 53
“Naxçıvan” ilk basketbolçu transferlərini reallaşdırdı

“Naxçıvan” basketbol komandası ilk transferlərini həyata keçirib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, muxtar respublika təmsilçisi ABŞ-dan olan Tremer Braun və Şimali makedoniyalı Luka Petrovskinin keçidini rəsmiləşdirib. T.Braun bununla da oyunçu karyerasında ilk peşəkar müqaviləsinə imza atıb.

L.Petrovski isə son olaraq ölkəsinin “Akademiya FMP Skopye” komandasında forma geyinib.

“Naxçıvan” daha əvvəl Cordan Perkins, Rəsul Məmmədzadə və Yavər Abbasov ilə müqavilənin müddətini 1 il uzadıb.







Offside