- Offside
- 12:36 12.10.2024
Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş "Budapeşt Open" beynəlxalq turnirində uğurla çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından (AKF) 90deqiqe.Az-a verilən məlumata görə, idmançılarımız yarışda 3 medal qazanıblar.
Turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medala sahib çıxıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) isə Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, "Budapeşt Open" beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.