24 sentyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın sərbəst güləşçiləri xatirə turnirini 8 medalla başa vurublar


  • Offside
  • 14:45 23.09.2024
  • Oxunma sayı: 29
Azərbaycanın sərbəst güləşçiləri xatirə turnirini 8 medalla başa vurublar

Azərbaycan təmsilçiləri Belarusun paytaxtı Minskdə sərbəst güləş üzrə 3 qat olimpiya çempionu Aleksandr Medvedin xatirə turnirində uğurla çıxış ediblər.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yığma yarışı 8 medalla başa vurub.

Cəbrayıl Qadjiyev (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Abubakr Abakarov (92 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Orxan Abasov (79 kiloqram) gümüş medalla kifayətlənib. Rəşid Babazadə (65 kiloqram), Əli Rəhimzadə (70 kiloqram), Şamil Zubairov (92 kiloqram) və Aslan Abakarov (97 kiloqram) isə bürünc medalın sahibi olublar.







Offside