22 oktyabr 2024. Çərşənbə axşamı

Keçmiş ONE FC çempionu UFC ilə müqavilə imzalayıb


  • Offside
  • 22:24 24.09.2024
  • Oxunma sayı: 48
Keçmiş ONE FC çempionu UFC ilə müqavilə imzalayıb

Orta və yüngül çəkidə keçmiş One Championship çempionu, hollandiyalı Rainier de Ridder UFC liqası ilə müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə UFC Roster Tracker "X" (keçmiş Twitter) hesabından məlumat verib.

Xatırladaq ki, 2024-cü il iyulun 27-də Abu-Dabidə (BƏƏ) UAE Warriors 51 turnirində baş tutan sonuncu döyüşdə de Ridder Maqomedmurad Xasayevlə döyüşmüşdü. Döyüş holland döyüşçünün ilk raundda texniki nokautla qələbəsi ilə başa çatıb.

Renier peşəkar karyerasına 2013-cü ildə başlayıb və 17 qələbəlik rekorda malikdir, onlardan 15-i vaxtından əvvəl qazanılıb, həmçinin iki məğlubiyyət.

Daha əvvəl ONE FC prezidenti Sityodtong bildirib ki, Anatoli Malıxin hazırda dünyanın ən yaxşı ağır çəkili döyüşçüsüdür.







Offside