22 oktyabr 2024. Çərşənbə axşamı

“Pep Qvardiola futbolu məhv etdi" - Tim Hovard


  • Offside
  • 22:49 24.09.2024
  • Oxunma sayı: 70
“Pep Qvardiola futbolu məhv etdi"  - Tim Hovard

ABŞ millisinin keçmiş qapıçısı Tim Hovard "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın "futbolu məhv etdiyini" bildirib.

90deqiqe.Az xəbər verir ki, o, bunu yeni baş məşqçi Maurisio Poçettino "Called Soccer" podkastında söhbəti zamanı deyib.

“Pep Qvardiola futbolu məhv etdi. Hər kəsə hakim futbol oynaya biləcəklərini düşündürdü. Amma bu doğru deyil. Bütün dünyada bunu həqiqətən yaxşı bacaran yalnız üç komanda var”

İndi Qvardiolanın komandası İngiltərə Liqasının turnir cədvəlində birinci yerdədir.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Futbol Federasiyası Maurisio Poçettinonun milli komandaya baş məşqçi təyin olunduğunu açıqlamışdı. Argentinalı ilə müqavilə 2026-cı ilə qədərdir.







Offside