- Offside
- 14:15 21.11.2024
"Əl-Hilal"ın baş məşqçisi Xorxe Xesus braziliyalı hücumçu Neymarın durumundan danışıb.
90deqiqe.Az-ın “Goal”a istinadən məlumatına görə, mütəxəssis qeyd edib ki, braziliyalı təkcə komanda üçün deyil, bütövlükdə bütün Səudiyyə Ərəbistanı Liqası üçün vacib oyunçudur.
“Ancaq onun qayıdışı ilə bağlı dəqiq tarix deyə bilmərəm. Yanvarda onun vəziyyətini yenidən qiymətləndirəcəyik”
Daha əvvəl məlum olmuşdu ki, 32 yaşlı futbolçu bu təqvim ilində oynamaya bilər. Neymar ötən ilin oktyabrında “Əl-Hilal”ın heyətində son oyununu keçirib, Braziliya millisinin heyətində isə onun çarpaz bağı yırtılıb və noyabrda əməliyyat olunub.