- Offside
- 23:31 03.11.2024
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, federasiyanın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.
Sentyabrın 28-də, saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra, 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. Saat 11:30-dan etibarən isə yarış start götürəcək.
Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.