- Offside
- 14:15 21.11.2024
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından dörd il ötür.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a bildirilib ki, 27 Sentyabr - Anım Günündə nazir Fərid Qayıbov və nazirliyin əməkdaşları əvvəlcə İkinci Şəhidlər xiyabanını ziyarət ediblər. Nazirliyin kollektivi ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri qoyublar.
Nazirliyin əməkdaşları paytaxtdakı Zəfər parkını da ziyarət ediblər. Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülüb.